Siyasət

Lavrov: “Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”

“Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyanın deyil, digərlərinin də istifadə etməkdə maraqlı olduğunu başa düşürük.

Bakı və İrəvana razılaşmaların tapılmasında səmimi şəkildə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Amma bu, Azərbaycan və erməni xalqlarının mənafeləri əsasında olmalıdır”, – Sergey Lavrov bildirib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button