Siyasət

Pakistanın Baş naziri Azərbaycan səfirini qəbul edib

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə X.Fərhadov tviterdəki hesabında yazıb.

“Pakistanın Baş naziri cənab Məhəmməd Şahbaz Şərif tərəfindən qəbul edilməkdən şərəf duyuram”, – səfir qeyd edib.

Görüşdə “SOCAR Trading” şirkətinin icraçı direktoru Məryəm Almaszadə də iştirak edib.

Qeyd edək ki, ötən gün Pakistan və Azərbaycan arasında bir il müddətinə çevik şərtlərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalanıb. “Pakistan LNG Limited” (PLL) şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Lahorda imzalanmış müqaviləyə Baş nazir Şahbaz Şərif şahidlik edib.

Bu münasibətlə çıxış edən Baş nazir bu müqavilənin müddətinin bir il olduğunu və daha bir il uzadıla biləcəyini bildirib. Ş. Şərif sazişi Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində mühüm mərhələ adlandırıb. O, bu sazişdə mühüm rol oynadığına görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button