Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Forumuna hazırlıq toplantısı keçirib

Nizami Gəncəvi Beybəlxalq Mərkəzi XXVI Ali Səviyyəli Toplantısına və XI Qlobal Bakı Forumuna hazırlıq toplantısı keçirib.

Bu barədə “Report”a Mərkəzdən bildirilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin baş katibi Antoniu Quterreş və bir sıra BMT agentliklətinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərin nəticəsi olaraq Mərkəz mövcud əməkdaşlıqların möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaq məqsədi ilə BMT qurumlarının rəhbərləri ilə yüksək səviyyəli toplantılar keçirməkdədir.

Nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci prezidenti (cari) Ksaba Korosi, 78-ci prezidenti (seçilmiş) Dennis Fransis, BMT İnkişaf Proqramının Administratoru Açim Steyner, ABŞ-ın Xarici Siyasəti üzrə Milli Komitəsinin baş icraçı direktoru və prezidenti xanım Suzan Elliot və BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsinin ofisi ilə görüşlər keçirib.

Görüşlərdə Mərkəzi həmsədr və Dünya Bankının sabiq vitse-prezidenti Dr İsmail Səragəldin, Bosnia və Herzeqovinanın sabiq baş naziri və BMT səfiri Zlatko Laqumdziya, baş katib Rövşən Muradov təmsil ediblər.

Görüşlər zamanı Mərkəzin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərcivəsində baş tutacaq XXVI Ali Səviyyəli toplantısı, 2024-cü ilin martında baş tutacaq XI Qlobal Bakı Forumunun hazırlıq mərhələsi ilə bağlı müzakirələr aparılıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button