Siyasət

Qlobal Siyasət İnstitunun rəhbəri: “Xəbərlər və əyləncələr demək olar ki, eyniləşib”

“Xəbərlər və əyləncələr arasında sərhəd itib, eyniləşmə baş verib”.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qlobal Siyasət İnstitutunun rəhbəri Paolo von Schirach Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

“İnsanlar artıq nəyə baxdıqlarını bilmir. Xəbərlərin getdikcə şou xarakteri alması, xəbərlərin insanlara əyləncə formatında təqdimi dezinformasiyaların da yayılmasına səbəb olur. Burada texnologiyada baş verən yeniliklərin də rolu var”, – deyə o bildirib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button