Siyasət

Niderlandda Xocalı həqiqətlərindən bəhs edən sayt fəaliyyətə başlayıb

Niderlandda Xocalı həqiqətlərindən bəhs edən sayt fəaliyyətə başlayıb.

“Report”un xəbərinə görə, bunu Niderlandda fəaliyyət göstərən “Birlikdə Güclüyük” Fondunun təsisçisi və həmsədri İlkanə Qoca iyulun 21-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda holland dilində fəaliyyət göstərən veb-sayt, bir müddət sonra ingilis dilinə də tərcümə olunacaq: “Xocalı faciəsindən 30 il keçməsinə baxmayaraq, bu soyqırımı barədə Niderlandda çox az adam bilir. Veb-saytı yaratmaqda məqsədimiz ermənilərin bu ölkədə Xocalı faciəsi zamanı çəkilmiş şəkilləri öz adlarına çıxmağa çalışmalarının qarşısını almaq idi. Niderland parlamentində iki dəfə görüş keçirmişik və Xocalı faciəsinin tanınması üçün mütəmadi olaraq danışıqlar aparırıq. Bu yaxınlarda da parlamentin nümayəndələri ilə görüşümüz nəzərdə tutulub”.

İ.Qocanın sözlərinə görə, Niderlandda Xocalı soyqırımı ilə əlaqədar kitabı dərc olunub: “Kitabın holland dilinə tərcüməni və redaktəni isə həyat yoldaşım Robert Voldenberq edib. Onun bu kitabı redaktəsi Xocalı soyqırımı barədə həqiqətlərin holland psixologiyasına uyğun şəkildə və onların daha aydın başa düşəcəyi formada dərc olunmasına böyük dəstək oldu”.

R.Voldernberq bildirib ki, saytda Xocalı qırğını ilə əlaqədar kitablar, həmçinin məqalələr və yeni əldə olunan informasiyalar dərc olunur: “Biz bu işi təkbaşına görürük və ona görə sözügedən məsələ ilə əlaqədar köməyə ehtiyacımız var. Mən Xocalı soyqırımı ilə bağlı tərcümələri redaktə üçün oxuyanda dəhşətə gəlir və hər dəfə çox pis olurdum. Belə bir faciə mənim yaşadığım ölkədə olmadığı üçün mən Azərbaycan xalqını dərindən anlaya bilmərəm. Lakin hesab edirəm ki, bu cür vəhşilik barədə bütün dünya məlumatlı olmalıdır”.

Öz vəsaitləri hesabına yaratdıqları veb-saytla bağlı gələcəkdə daha çox planlarının olduğunu deyən cütlük həmçinin bildirib ki, Xocalı faciəsi ilə əlaqədar daha ətraflı məlumatlar hazırlamaq üçün azərbaycanlı tarixçilərlə birgə işləmək istəyirlər.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button