Siyasət

Səfir: “Almaniya Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini dəstəkləməyə sadiqdir”

“Almaniya Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini dəstəkləməyə sadiqdir”.

“Report” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviter səhifəsində yazıb.

O, ədalətli və dayanıqlı sülh yolunda Avropa İttifaqı və tərəfdaşlarla apardığı müzakirələrə görə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə minnətdarlığını bildirib.

Diplomat qeyd edib ki, Almaniya mümkün qədər tez bir zamanda sülhə nail olmaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə sadiqdir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button