Siyasət

“Beynəlxalq qurumlardan Ermənistandakı müəssisələrdə ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik” – MÜRACİƏT

Biz beynəlxalq təşkilatlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik”.

“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciətində deyilir.

“Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və aşağıda adları sadalanan beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsirə məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdıra bilər. Onlar qarşılıqlı faydalı həllərin tapılmasında dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsini həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik”, – müraciətdə qeyd olunur.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button