Siyasət

Krım körpüsündə yenə partlayış baş verib, itki var

Məqalə Spektr saytında dərc olunub.

İki nəfər həlak olub, 14 yaşlı qız zərər çəkib

İyulun 17-nə keçən gecə saat 4-ə yaxın Krım körpüsünün avtomobil yolunda partlayış baş verib. Fövqəladə hadisə RF-nin Krasnodar rayonu tərəfindən 145-ci dayaqda baş verib.

Nəqliyyat Nazirliyi hadisə haqqında məlumatı təsdiqləyib, orada körpünün aralığında yolun zərər çəkməsi barədə xəbər veriblər.

Krımın rus rəhbəri Aksenov səhər bəyan edib ki, körpüdə hərəkət dayandırılıb, dəmir yolu isə saat 9:00-dək bərpa olunacaq. Həmçinin yarımada ilə bərə əlaqəsi kəsilib.
Hakimiyyət Krım körpüsündə baş vermiş fövqəladə hadisə ilə bağlı Krımın şərqində müvəqqəti sığınacaqlar açmağı planlaşdırır. Turistlər bu sığınacaqlarda kömək, o cümlədən alternetiv marşrut, dəmir yolu və bərə keçidi barədə məlumat ala bilərlər, -Krım rəhbərinin müşaviri Oleq Kryuçkov yazıb.

Məlum olduğu kimi, partlayış nəticəsində iki nəfər həlak olub, 14 yaşlı qızsa zərər çəkib. Həlak olanlar yeniyetmənin valideynləridir, onlar birlikdə maşında gedirdilər. Bu haqda məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib.

“Ən ağırı onun valideynlərinin – ata-anasının həlak olmasıdır. Andrey Nikolayeviç Qridnyova Novoskolski dairəsindən olan bu ailənin yaxınları ilə əlaqə qurması üçün tapşırıq vermişəm, lazım olan bütün zəruri köməyi göstərəcəyik”, – Qladkov yazıb.

O həmçinin qeyd edib ki, daha əvvəl bölgə hakimiyyəti belqorodlu uşaqları Krımdakı uşaq düşərgələrinə göndərirdi. Qladkov valideynləri əmin edir ki, artıq bütün uşaqlar təyinat yerinə çatıblar və onların həyatı təhlükədə deyil.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsində Krım körpüsündəki partlayışı şərh ediblər:
“İndi bütün dünya uzun kilometrlər boyu yaranmış tıxacı və körpünün konstruksiyasının pozulmasını görür. O ki qaldı bunun səbəbi ilə bağlı şərhlərə, biz şərh vermirik. Bircə Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun söylədiklərindən sitat gətirmək olar ki, “Krım körpüsü – konstruksiya orada artıqdır”, – qurumun spikeri Andrey Yusov Ukrayna KİV-nə bəyan edib.

Hadisə barədə hələ də rəsmi məlumat yoxdur. Lakin “RBK-Ukrayna” nəşri mənbəyə istinadən yazır ki, Krım körpüsünə hücumu Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Donanması planlaşdırıb və pilotsuz uçuş aparatlarının köməyi ilə həyata keçirilib.

“Körpüyə suüstü dronların köməyi ilə hücum çəkiblər. Körpüyə çatmaq çətin idi, amma sonda bunu bacardılar”, – mənbə xəbər verib.

Krım körpüsündə daha əvvəlki partlayış 2022-ci il oktyabrın 8-i baş verib, həmin vaxt orada içində partlayıcı maddə olan yük maşını partlayıb. Körpünün tam fəaliyyəti yalnız mayda bərpa olunub.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button