Siyasət

Milli Məclisin deputatı Kot-d-İvuara səfər edəcək

Milli Məclisin (MM) deputatı Ceyhun Məmmədov Kot-d-İvuara səfər edəcək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının tədbirində iştirak edəcək.

Bu barədə “Report”a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, C.Məmmədov iyulun 15-də Kot-d-İvuar Respublikasının Abican səhərinə səfər edəcək. Səfər çərçivəsində millət vəkili iyulun 17-18-də burada keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 49-cu İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. Səfər iyulun 18-də başa çatacaq.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button