Siyasət

Yoav Qallant: “Azərbaycanla birlikdə təhlükəsizlik naminə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”

“Azərbaycanla birlikdə ölkələrimizin təhlükəsizliyi naminə əməkdaşlığımızı və isti münasibətlərimizi gücləndirməyə davam edəcəyik”.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra tviterdə paylaşımda qeyd edib.

“Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələr arasında bir çox sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə dair ümumi istəyi müzakirə etdik. Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı”, – Qallant bildirib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button