Siyasət

Numan Kurtulmuş Bakıda TÜRKPA-nın Baş Katibliyinin inzibati binası ilə tanış olub

İyulun 12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM), həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri Numan Kurtulmuş qurumun Baş Katibliyinin Bakıda yerləşən inzibati binası ilə tanış olub.

“Report” xəbər verir ki, qonağı TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və digər rəsmi şəxslər müşayiət ediblər.

Binada yaradılan şəraitlə tanışlıqdan sonra N.Kurtulmuş TÜRKPA-nın Baş katibliyinin fəaliyyəti ilə maraqlanıb, tövsiyələrini verib.

Sonra Numan Kurtulmuş binanın həyətində şam ağacı əkib.

Sonda qonağa hədiyyələr təqdim edilib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button