Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 14-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

“Report”un məlumatına görə, toplantıda 19 məsələnin müzakirə olunacağı gözlənilir.

Həmin məsələlər aşağıdakılardır:

1. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə).

2. “Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunun layihəsi.

3. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

5. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

6. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

7. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

9. “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

11. “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

12. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button