Siyasət

Peter Siyarto: “Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır”

“Azərbaycan hədəf ölkədir, bizim strateji tərəfdaşımızdır, burada Macarıstan şirkətlərinin fəaliyyəti üçün gözəl şərait yaradılıb”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto feysbuk səhifəsində yazıb.

“Qlobal iqtisadi çətinliklərə baxmayaraq, son illər Macarıstan əla ixrac göstəricilərinə nail olub. Əhali sayına görə dünyada 95-ci olsaq da, ixrac göstəricilərimiz baxımından 34-cü yerdəyik”, – o bildirib.

Nazirin sözlərinə görə, ötən dövrün çətin iqtisadi şəraiti açıq şəkildə göstərdi ki, bir çox hallarda məhsulların tədarük olunduğu ölkədə istehsal qurmaqla ixracı artırmaq olar.

“Azərbaycan da bu hədəf ölkələrdən biridir, bizim strateji tərəfdaşımızdır, bu dövlətlə münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır. Buna görə də Macarıstan şirkətlərinə burada fəaliyyət göstərmələri üçün həmişə gözəl şərait yaradılır”, – paylaşımda deyilir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button