Siyasət

Astanada keçirilən hərbi-musiqi festivalı başa çatıb

Qazaxıstanın Astana şəhərində “Astana – mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalının başa çatması münasibətilə təntənəli bağlanış mərasimi keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Barıs Arena” buz sarayında keçirilən mərasimdə iştirakçı ölkələrin solistlərinin hərbi orkestrlərin müşayiəti ilə ifa etdiyi musiqilər, təqdim olunan hərbi marşlar və milli rəqslər tamaşaçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button