Siyasət

Martinikanın Azadlığı Partiyasının nümayəndəsi: “Nəhayət ki, Fransanın kolonializmi beynəlxalq səviyyədə gündəmə gətirilir”

“Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə Prezident İlham Əliyev tərəfindən Fransanın kolonializmi ilə bağlı səsləndirilən fikirlər bizi çox məmnun etdi. Nəhayət ki, bu məsələ beynəlxalq səviyyədə gündəmə gətirilir”.

“Report”un xəbərinə görə, bu fikirləri Fransanın müstəmləkəsində olan Martinikanın Azadlığı Partiyasının nümayəndəsi Luc Francis Carole Bakıda keçirilən “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Fransa tərəfindən Martinika xalqına qarşı dəfələrlə soyqırımıları həyata keçirilir:

“Fransa quldarlıq sistemi yaradıb və dövlət strategiyasında bizim xalqı fransızlarla əvəz etmək dayanır ki, bunu da ən iyrənc formada həyata keçirirlər. Belə ki, qida məhsullarına, yeraltı su mənbələrinə zərərli maddələr qataraq xalqımızın sağlamlığına təhlükə yaradırlar. Hazırda Martinika prostat xərçəngi xəstəliyinə görə demək olar ki, liderdir. Fransa bunu genetik xəstəlik adlandırsa da bu, birbaşa onların törətdiyi soyqırımıdır”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button