Siyasət

Hakan Fidan: “Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyəyə çatıb”

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyəyə çatıb”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq tədbirdə deyib.

O xatırladıb ki, Azərbaycanın digər ölkələrlə beynəlxalq münasibətlərinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır.

Türkiyənin XİN başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu əlaqələr bu gün də yüksək səviyyədə davam etdirilir: “Eyni zamanda, o dövrdən başlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sferalarda ən yüksək səviyyədədir”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button