Siyasət

Fransız deputat: “Prezident İlham Əliyevin Fransanın kolonial siyasətinə dair fikirləri ilə çox razıyıq”

“Prezident İlham Əliyevin Fransanın kolonial siyasətinə dair fikirləri ilə çox razıyıq”.

Bunu “Report”a açıqlamasında Fransa Respublikasının Milli Assambleyasının deputatı (Fransız Qvianası) Jean-Victor Castor deyib.

O bildirib ki, Fransa müstəmləkəçilik düşüncələrindən çıxmaq istəmir:

“Mən ilk dəfədir Azərbaycana gəlirəm. Burada iştirak bizim üçün çox yaxşı fürsət oldu. Çünki dərdimizi, problemimizi dilə gətirdik və səsimizi çatdıra bildik. Fransanın kolonializmindən çıxmağımız, səsimizi dünyaya çatdırmağımız üçün bu tədbirdə iştirak çox mühüm idi”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button