Siyasət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üç rayonda vəzifəli şəxsləri saxlanılıb

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib

İyulun 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Laçın, və Cəlilabad rayon şöbələrində əməliyyat keçirilib. Əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib. Nəticədə, hər üç rayonda adıçəkilən qurumların vəzifəli şəxsləri, o cümlədən şöbə rəisləri saxlanılıb.

Hər üç rayonda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əməliyyat keçirməsi və saxlanma faktlarının olması haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib. Bu qurumdan bildirilib ki, keçirilən əməliyyat və saxlanılanlar haqda ictimaiyyətə ətraflı məlumat veriləcək.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button