Siyasət

Zelenski Saakaşviliyə görə Gürcüstan səfirindən Kiyevi tərk etməsini tələb edib

“Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya köçürməyə çağırıram”

Gürcüstanın Ukraynadakı səfirindən keçmiş prezident Mixail Saakaşvilinin məhkəməsi ilə bağlı 48 saat ərzində Kiyevi tərk etmək tələb olunub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə göstəriş verib.

V.Zelenski “Telegram” kanalında yazıb ki, səfirin rəsmi Tbilisi ilə məsləhətləşmələr aparması üçün ölkəsini tərk etməsini istəyib.

V.Zelenski vurğulayıb ki, rəsmi Kiyev dəfələrlə Tbilisini Saakaşviliyə təzyiqləri dayandırmağa və onun Ukraynaya qayıtmasına razılıq verməyə çağırıb:

Foto: “Twitter”

Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür. Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya köçürməyə çağırıram”.

V.Zelenski Avropa dövlət başçılarına da bu yöndə çağırış edib.

M.Saakaşvili Gürcüstana 2021-ci ilin sentyabrında qayıdıb və elə həmin vaxt da həbs olunub. Belə ki, o, iki cinayət işi üzrə qiyabi şəkildə azadlıqdan məhrum edilmişdi.

M.Saakaşvili həbs olunandan sonra üç dəfə aclıq elan edib: birincisi 2021-ci ilin oktyabr-noyabr aylarında 50 gün, ikincisi – 2022-ci ilin fevral-mart aylarında 20 gün davam edib. M.Saakaşvili üçüncü dəfə aclığı 2022-ci il dekabrın 14-ü elan edib. Lakin elə həmin gün Avropa Parlamentinin deputatları onu aclıqdan imtina etməyə inandıra bilib. Saakaşvilinin vəkilləri dəfələrlə onun sağlamlığının təhlükədə olduğunu bəyan edib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button