Siyasət

Şəmkirin icra başçısına yeni müavin təyin olunub

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button