Siyasət

Rəsmi Bakı: “Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır”

“Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.

Qeyd olunub ki, eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button