Siyasət

BBMM və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans təşkil edilib

İyunun 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konfrans təşkil edilib.

“Report” xəbər verir ki, konfransda Rumıniya, Braziliya, Gürcüstan, Almanya, Türkiyə, Əfqanıstan,Rusiya, ABŞ, Hindistan, Bolqarıstan, Azərbaycan və Özbəkistandan 70-dən çox tədqiqatçı və mütəxəssislər Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəblərinin iştirakçıları, həmçinin Multikulturalizm fənninin tədris olunduğu xarici universitetlərin tələbələri iştirak ediblər.

Onlayn tədbirdə Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar “Qayıtmaq hüququ: humanitar hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Ülviyyə Zülfiqar əvvəlcə beynəlxalq müstəvidə qayıdış hüququndan, bu hüququn şamil olunduğu əhali qruplarından bəhs edib. O, Qərbi Azərbaycan və son 200 ildə burada soydaşlarımızın başına gələn hadisələr barədə ətraflı danışıb. Ötən əsrdə Ermənistan tərəfindən Qərbi azərbaycanlıların dörd dəfə deportasiyalara məruz qalması və bu zaman yaşanan kütləvi qırğınlar barədə məlumat verib.

Ülviyyə Zülfiqar diqqətə çatdırıb ki, Qərbi azərbaycanlılar beynəlxalq hüquqda qeyd edilən qayıdış hüququna əsasən öz evlərinə geri dönmək hüququna malikdirlər və bununla bağlı bütün aspektləri özündə əks etdirən Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb. O, icmanın beynəlxalq aləmdə soydaşlarımızın qanuni təmsilçisi kimi qəbul olunduğunu, beynəlxalq təşkilatlarla qarşılıqlı olaraq təmasların davam etdiyini bildirib. Qərbi azərbaycanlıların təhlükəsiz və layəqətli şəkildə öz evlərinə geri qayıtmalarının onların təməl hüquqları olduğunu vurğulayıb.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button