Siyasət

Kamran Əliyev: “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır”

“Suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi, ölkədə dayanıqlı ictimai-siyasi sabitliyi birdəfəlik təmin edən digər faktorların da yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezidentin 18 iyun 1998-ci il tarixli fərmanında müvafiq dövlət qurumları üzərinə Azərbaycanın insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılmasının təmin edilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi vəzifəsi qoyub.

“Dövlət Proqramının həyata keçirilməsi istiqamətində işlər davam etdirilərək ötən illər ərzində Azərbaycanın insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib. Eyni zamanda insan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib”.

Baş prokuror qeyd edib ki, Ulu Öndərin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə olunub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button