Siyasət

Azərbaycan səfiri: “Qarabağdakı minalar böyük humanitar problemdir”

Qarabağ ərazisinə səpələnmiş minalar böyük humanitar problemdir.

“Report”a AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov İtaliyanın “Agenzia Nova” informasiya agentliyinə müsahibəsində deyib.

“Otuz ilə yaxın işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazilərində 1,5 milyondan çox mina basdırılıb. Həmin torpaqlar işğaldan azad edildikdən sonra bu günədək ərazinin yalnız 10 faizdən bir qədər çox hissəsi minalardan təmizlənib. Beynəlxalq təşkilatların rəyinə görə, ərazilərin minalardan təmizlənməsinə onilliklər lazımdır”, – səfir qeyd edib.

İ.Muxtarov vurğulayıb ki, böyük humanitar problem otuz il əvvəl evlərini tərk etmək məcburiyyətində qalan insanların yurd-yuvalarına geri qayıtmasına imkan vermir. Həmçinin bu vəziyyət həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə də maneə yaradır. Çünki həmin ərazilərdə görüləcək iş çoxdur və minaların olması böyük təhlükədir.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button