Siyasət

ABŞ səfirliyində aksiya keçirən fəallar saxlanılıb (yenilənib)

 İctimai fəallar sərbəst buraxılıb.


İctimai fəallar kürsüdə çıxışlar zamanı boğazlarında çəkilmiş qara əl şəkillərini nümayiş etdiriblər

Bir qrup ictimai fəal saxlanılıb. Səbəb ABŞ-ın Azərbaycandakı səfirliyində keçirdikləri aksiyadır.

“Azərbaycanda hüquqlar pozulur. Bu xalqın boğazından yapışıblar. Bu gün iqtidar və müxalifət başqa ölkənin müstəqilliyini qeyd etməyə gəlib, amma Azərbaycanda müstəqillik boğulur…”, – bunları qadın hüquqlarını müdafiə edən ictimai fəallar Sənubər Heydərova, Gülnarə Mehdiyeva və Nərmin Şahmarzadə ABŞ səfirliyində keçirdikləri aksiyada deyib.

İyunun 23-də səfirlikdə ABŞ-ın Müstəqillik Günü münadubətilə tədbirdə iştirak edən ictimai fəallar kürsüdə çıxışlar zamanı boğazlarında çəkilmiş qara əl şəkillərini nümayiş etdiriblər. Onlar bu aksiya ilə Gədəbəyin Söyüdlü kəndində baş verənlərə – orada insanlara qarşı polis zorakılığına, yerli sakinlərin, ardınca da ictimai fəalların həbsinə etiraz ediblər.

Aksiya edən ictimai fəalları səfirliyin mühafizəçiləri çıxarıb. Onlar səfirliyin qarşısında polislərə təhvil veriliblər. Daha sonra fəallar 21-ci polis bölməsinə aparılıblar.

Adları çəkilən ictimai fəallarla yanaşı, aksiyanı çəkən “Abzas” saytının rəhbəri Ülvi Həsənli də saxlanılaraq polis bölməsinə aparılıb.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button