Siyasət

Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışı qadağan olunur

Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışı qadağan olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Yeni bəndə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.

Qanunun 4.6-cı maddəsi isə belədir: “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button