Siyasət

Ukraynanın Vardanyanı axtarışa verdiyi bildirilir

O, Rusiyanın təcavüzünə dəstək verməkdə günahlandırılır

Dağlıq Qarabağda rusiyayönlü mövqe tutan erməni iş adamı Ruben Vardanyanın Ukrayna tərəfindən axtarışa verildiyi bildirilir.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumatda onun dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməsi qeyd olunub.

“Ruben Vardanyan Ukraynaya qarşı təcavüzdə şərikdir. Hələ yanvarda Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin üzvü Bob Blekman deyib ki, Vardanyan Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sanksiya tətbiq edilən şəxslərdəndir. Onun şirkətlərindən Ukraynaya qarşı istifadə edilib”, – deyə o əlavə edilib

Xəbərdə Ruben Vardanyan Kremlin Xəzər regionundakı ruporu adlandırılıb:

Azərbaycanın Qarabağ ərazisində daim münaqişənin qızışdırılması ilə birbaşa əlaqəli olan da məhz odur. Yada salaq ki, bu yaxınlarda Vardanyan Qarabağdakı erməniləri silaha sarılmağa çağırmışdı. Onun bu bəyanatı Avropa İttifaqı və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmasına dair səyləri fonunda verilib”.

İş adamı R.Vardanyan 2022-ci ilin sentyabrda Rusiya vətəndaşlığından çıxdığını bəyan edib və Dağlıq Qarabağa köçüb.

Noyabrın əvvəlində o, tanınmamış “respublika”nın baş naziri olub.

R.Vardanyan “Vardanyan, Broitman and Partners” investisiya şirkətinin prezidenti, RVVZ Fondunun və Moskva İdarəetmə Məktəbi “Skolkovo”nun həmtəsisçisidir.

“Forbes” R.Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirir.

O, rusiyalı milyarderlərin reytinqində 116-cı yerdə idi.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi ki, Azərbaycan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyanla yox.

İlham Əliyevin sözlərinə görə, Vardanyan Moskvadan çox aydın gündəliklə göndərilib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button