Siyasət

İlya Darçiaşvili: “Gürcüstan Yerevanla Bakı arasında vasitəçiliyə hazırdır”

Nazir əvvəllər də belə addımların atıldığını xatırladıb

“Tbilisi növbəti dəfə Yerevan və Bakı arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır”.

Bunu iyunun 16-da Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili parlamentdə çıxışı zamanı səsləndirib.

Nazir xatırladıb ki, Sülhsevər Qonşuluq Təşəbbüsünün bir hissəsi kimi, Gürcüstan iki qonşu ölkə arasında konstruktiv dialoqa başlamaq üçün əvvəllər də addımlar atıb:

Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazır olduğumuzu bildiririk”.

Onun sözlərinə görə, Gürcüstan regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərinin səmərəli olacağına inanır və bu işə mühüm töhfə verməyə hazırdır.

2021-ci ildə Gürcüstan hakimiyyəti Azərbaycanda saxlanılan 15 erməni hərbçisini işğaldan azad olunan ərazilərin minalanmış xəritələr əvəzində azad edilməsinə vasitəçilik edib.

2022-ci ilin 16 iyulunda isə Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü də keçirilib.

Tbilisinin bu addımı Avropa İttifaqı tərəfindən dəstəklənmişdi.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirmişdi ki, Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhə töhfə verməsi çox vacibdir:

Burada Gürcüstanın Ermənistanla Azərbaycan arasında körpü rolu çox gərəklidir”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Bu döyüşlərdə hər iki tərəfdən birgə 6 mindən artıq insan həlak olub.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button