Siyasət

Aleksey Overçuk: “Moskva hər gün Bakı və İrəvanla əlaqə saxlayır”

“Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılmasına çalışırıq. Moskva bu məqsədlə, demək olar, hər gün İrəvan və Bakı ilə əlaqə saxlayır”.

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, Rusiya danışıqlarda iştirak edir, məsələnin həlli üçün təkliflər irəli sürür: “Biz Azərbaycan və Ermənistanın Baş nazir müavinləri arasında əlaqəni təmin edirik”.

A.Overçuk nəqliyyat kommunikasiyalarının nə vaxt açılacağı barədə suala konkret cavab verməyib.

Nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan birgə İşçi qrupunun iyunun 2-də Moskvada keçirilən görüşünün yekunları barədə danışan baş nazir müavini qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button