Siyasət

Putin Azərbaycana yeni səfir təyin etdi

Rusiya Prezidenti digər sərəncamla Boçarnikovu geri çağırıb

Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana yeni səfir təyin edib.

V.Putin iyunun 14-də imzaladığı digər sərəncamla Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu vəzifəsindən azad edib.

Mixail Boçarnikov 2018-ci ildən Azərbaycanda Rusiyanı təmsil edir.

M.Yevdakimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

M.Yevdakimov 1996-1997-ci illərdə nazirliyin İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi, 2001-2002-ci illərdə – Avropa Əməkdaşlıq Departamentinin şöbəsinin müdiri olub.

O, 2002-2011-ci illərdə – Avropa Əməkdaşlıq Departamentinin direktor müavini, 2011-ci ilin may-noyabr ayları – MDB ölkələri üzrə birinci departamentin direktor müavini, 2011-ci ilin noyabr ayından – MDB ölkələrinin Birinci Departamentinin direktoru vəzifələrində çalışıb.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button