Siyasət

Özbəkistanda TDT təhsil nazirlərinin iclası keçirilir – YENİLƏNİB

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin iclasında Azərbaycanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov təmsil edir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, bu, TDT təhsil nazirlərinin 7-ci iclasıdır.

Tədbirə Özbəkistan Təhsil Nazirliyi ev sahibliyi edir.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button