Siyasət

Ərdoğan: “Səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə mesajdır”

“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Bir millət, iki dövlət düşüncəsi ilə bu günə qədər birlikdə addımladıq və bundan sonra da bu yolda qətiyyətlə davam edəcəyik”.

“Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakının dünyaya və Türkiyəyə bir mesaj olduğunu vurğulayaraq, Azərbaycana xanımı ilə birlikdə səfər etdiyini vurğulayıb: “Bu səfərlər aramızdakı duyğuların nə qədər inkişaf etməsinin ifadəsidir”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button