Siyasət

Gürcüstanda Azərbaycan, Ermənistan və Moldova xilasedicilərinin iştirakı ilə təlimlər başlayıb

Bu gün Gürcüstanda Azərbaycan, Ermənistan və Moldovanın yanğın-xilasetmə qruplarının iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

“Report” Gürüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Təlimlər Avropa İttifaqının ekspert və texniki dəstək proqramının himayəsi altında keçirilir. Təlimlər zamanı əvvəlcədən hazırlanmış meşə yanğınları ssenariləri işlənəcək.

Onların məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı müvafiq idarələr arasında koordinasiya və əlaqə yaratmaqdır. Təlimlərə avtomobil texnikası və aviasiya da cəlb olunacaq.

Təlimlər iyunun 16-dək davam edəcək.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button