Siyasət

Avropa İttifaqı Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib

Avropa İttifaqı (Aİ) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.

Bu barədə “Report”a Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən bildirilib.

Belə ki, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə Aİ-nin müdaxiləsini xahiş etmişdi.

Aİ bu müraciətlərə rəsmi cavab verib. Cavabında Aİ bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiq edir və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.

“Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında və regionda sülh və sabitliyin təşviqində mühüm rol oynayır.

Biz hesab edirik ki, Aİ-nin azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm də Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Qərbi Azərbaycan İcması bu istiqamətdə Aİ ilə gələcək dialoq və praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq regionda barışıq, sabitlik və birgəyaşayışı təşviq etmək üçün Aİ ilə sıx əməkdaşlıq etməyə sadiq qalır”, – icmadan bildirilib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button