Siyasət

Ərdoğan: “Ənənəyə uyğun olaraq Şimali Kiprdən Azərbaycana gedirəm”

“Seçkilərimiz türk millətinə yaraşan şəkildə keçdi. Daha 5 il ölkəmə xidmət etmək vəzifəsini öz üzərimə götürdüm. İlk xarici səfərimizi Şimali Kipr Türk Respublikasına etməklə ənənəmizi reallaşdırdıq. Buradan Azərbaycana gedirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla birgə keçirilən mətbuat konfransında deyib.

“Mən Prezident Tatara təşəkkür etmək istəyirəm. Görüşlərimizdə bütün söhbətləri ətraflı müzakirə etdik”, – deyə Ərdoğan qeyd edib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button