Siyasət

Vilayət Eyvazovun İsmayıllıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun İsmayıllıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik V.Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulan Ağsu, İsmayıllı, Göyçay, Qobustan və Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi iyun ayının 20-nə dəyişdirilib.

“Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 19.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, – məlumatda qeyd edilib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button