Siyasət

Əli Kərimli AŞPA məruzəçiləri ilə nələri müzakirə edib?

AŞ PA məruzəçiləri ilə görüşümüz haqqında

Dünən Avropa Şurası Parlament Assambleyasının Bakıda səfərdə olan həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) ilə görüşdük.

Təbii ki, görüşdə ölkəmizdə insan hüquqlarının hər addımbaşı pozulmasını, 100 nəfərdən artıq siyasi məhbusun, o cümlədən inanclı siyasi məhbusların taleyini, ictimai-siyasi fəallara işgəncə verilməsi hallarını, əsassız inzibati həbslərin siyasi repressiya alətinə çevrilməsini, seçki institutunun tamamilə sıradan çıxarılmasını, sərbəst toplaşma azadlığının son 4 ildə tamamilə qadağan olunmasını, müxalif siyasi partiyaların qeydiyyatının ləğvi üçün “hüquqi baza” yaradılmasını, bir sözlə, ailə hakimiyyətinin Azərbaycanda polis rejimi yaratmasını müzakirə etdik.
AŞ PA məruzəçilərinə onu da çox açıq şəkildə dedik ki, Avropa Şurasına üzv olduğumuz son 22 ildə bu qurum Azərbaycanın demokratikləşməsinə kömək edə bilməyib. Tam əksinə, Azərbaycan təəssüf ki, ilbəil daha da anti-demokrat olmaq istiqamətində irəliləyir.

Yeri gəlmişkən, qəti inamımı bura yazıram. Azərbaycanı bu avtoritarizm bataqlığından yalnız Azərbaycan xalqının özünün hamılıqla dinc mübarizəyə qoşulması xilas edə bilər.

AXCP sədri Əli Kərimli

Azadlıq Qəzeti

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button