Siyasət

Bahar Muradova türkiyəli yeni həmkarını təbrik edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin yeni təyin olunmuş ailə və sosial təminat naziri Mahinur Özdemir Göktaşı təbrik edib.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

O, Azərbaycanla Türkiyə arasında ailə və sosial xidmətlər istiqamətində fəaliyyətlərin birlikdə daha da inkişaf etdiriləcəyinə və irəliyə aparılacağına əminliyini ifadə edib.

B.Muradova həmçinin Türkiyənin sabiq ailə və sosial təminat naziri Dərya Yanıka Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü kimi yeni fəaliyyətində uğurlar diləyib.

O, Azərbaycanla Türkiyə arasında ailə və sosial xidmətlər, eləcə də bu sahədə əməkdaşlığın inkişafına əhəmiyyətli dəstəyinə görə D.Yanıka təşəkkür edib.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button