Siyasət

Şuşada kütləvi məzarlıq aşkarlanan əraziyə səfər təşkil olunub, faktlar nümayiş etdirilib

Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək öldürülən və işğal olunmuş ərazilərdə basdırılan azərbaycanlılara aid meyit qalıqlarının aşkar olunmasını əks etdirən istintaq materialları Şuşa türməsinin həyətində aşkarlanan kütləvi məzarlıqla bağlı çəkiliş aparan jurnalistlərə nümayiş etdirilib.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, video və fotolar istintaq materialları əsasənda hazırlanıb.

Kütləvi məzarlıqlarda aşkar olunan meyit qalıqlarına nəzər yetirdikdə onların əl və ayaqlarının bağlanıldığı, xüsusi amansızlıq və qeyri-insani şəraitdə qətlə yetirilərək basdırıldıqları məlum olur.

Qeyd edək ki, Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu gün media nümayəndələri kütləvi məzarlığın aşkar olunduğu Şuşa türməsinin ərazisində olublar.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button