Siyasət

Sahibə Qafarova: “İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərində iştirak edir”

“İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərinə cəlb olunub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda İsrailin müstəqilliyinin 75 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan İsrailin bütün nailiyyətlərini böyük diqqətlə izləyir: “Azərbaycanlılar və yəhudilər uzun illərdir birgə, mehribancasına yaşayırlar. Bu gün yəhudi icması cəmiyyətimizin ayrılmaz hissəsidir, onlar üçün Azərbaycan vətəndir. Bunun sübutu İkinci Qarabağ müharibəsində həlak olan yəhudilərdir”.

Parlament sədrinin sözlərinə görə, ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub: “Ölkələrimizin müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanları var”.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button