Siyasət

“Azərbaycan – Türkiyə münasibətlərində yeni bir era açılır” – RƏY

“Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində türk xalqı Rəcəb Tayyib Ərdoğana səs verərək növbəti 5 il üçün öz müdrikliyini nümayiş etdirmiş oldu. Bu seçkilər Türkiyənin taleyini həll edirdi”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün meydanda güclü, sözün əsil sahibi olan və dünya gündəminin formalaşmasında rola malik Türkiyə var:

“Belə güclü Türkiyəni istəməyən qüvvələr birləşərək Kamal Kılçdaroğlunu meydana çıxartmışdı və onu qalib etdirərək Türkiyəni parçalayaraq özlərindən asılı vəziyyətə salmaq istəyirdilər. Türk xalqı isə “bye-bye Kamal” dedi, biz isə “bye-bye-bye Kamal” deyirik. Çünki Kamal Türkiyəni Azərbaycandan ayırmaq istəyirdi. Bunu Kamal necə edə bilərdi? Axı biz bir bədən, bir can, bir ürəyik. Kamal isə özünün yol xəritəsində Azərbaycanı kənarda saxlamaqla Ermənistanı və İranı sevindirmişdi. Müdrik türk xalqı isə Kamalın sevincinin reallaşmasına imkan vermədi. Bu gün türk xalqının qazancına Azərbaycan da sevinir. Mustafa Kamal Atatürkün dediyi kimi Sevinciniz sevincimizdir”.

Deputat bildirib ki, seçkilərdə xalq öz iradəsini nümayiş etdirdi və prezident Ərdoğanın ətrafında birləşməklə Türkiyəni öz yolundan heç kimin döndərə bilməyəcəyini sübut etmiş oldu.

“Türkiyədə keçirilən seçkilər dünyanın ən demokratik seçkiləri oldu. Bu gün dünyaya demokratiya və insan hüquqlarından dərs keçənlər onu necə etmək lazımdırsa Türkiyədən öyrənməlidirlər. Çünki, bu seçkilərlə bağlı irad bildirmək və nöqsan tutmaq istəyənlərin ağzı açıq qaldı.

Azərbaycan xalqı Türkiyə xalqının qazanacağına inanırdı. İndi Azərbaycan- Türkiyə münasibətlərində yeni bir era açılır. Bu yeni erada Azərbaycanla Türkiyə əl-ələ verərək birgə addımlayacaq, türk birliyini gücləndirməklə dünyaya yeni bir güc və ədalət nümayiş etdirəcək. Seçkilərdə türk xalqı ölkələrimizi istəməyən dairələrin arzularını ürəklərdə saxladı. Fürsətdən istifadə edərək seçkilərdə qazanılmış böyük qələbə münasibətilə Türkiyəni və Azərbaycanı təbrik edirəm. Biz birlikdə güclüyük!

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button