Siyasət

Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad ediliblər

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və nazir müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncamlar imzalayıb.

Digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün X.Mustafayevi kollektivə təqdim edəcəklər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. O, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.

Mənbə:Report

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button