Uncategorized
Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
APA xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Dövlət başçısı orada Ərəb Liqasının sammitində çıxış edəcəyini və vəliəhd Məhəmməd bin Salman əl-Səudla görüşəcəyini bildirib. Əsas müzakirə mövzuları Krım və işğal olunmuş ərazilərdən əsir və qeyri-qanuni deportasiya olunmuş məhbusların qaytarılması, Ukrayna sülh təklifinin təqdimatı və Ukraynanın müsəlman icmasının müdafiəsi olacaq.