Uncategorized

UNEC-in 9 tələbəsi və məzunu Almaniyanın DAAD təqaüdünün qalibi olub

Almaniyanın “DAAD təqaüdləri 2023” proqramının qalibi olan azərbaycanlı tələbələrin və məzunların mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən APA-ya verilən xəbərə görə, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemanın iqamətgahında keçirilən tədbirdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova və tələbələr də iştirak ediblər.

Tədbir zamanı səfir Ralf Horleman bildirib ki, 26 azərbaycanlı tələbə və məzun DAAD təqaüdü ilə Almaniyanın müxtəlif universitetlərində magistr proqramı üzrə təhsil hüququ qazanıb. Qeyd edib ki, proqramın qalibləri daha çox UNEC-dən olan tələbə və məzunlardır. Belə ki, UNEC-in 2 tələbəsi və 7 məzunu DAAD-ın təqaüdünü qazanıb. Səfir tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.

xeberler

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button