Uncategorized
Türkiyədə Prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlanıb

Türkiyədə Prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyə Ali Seçki Şurasının (YSK) müvafiq qərarı “Resmi Gazete”de dərc olunub.
Nəticələrə əsasən Prezident seçkilərində “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,52%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədrinə isə seçicilərin 0,43%-i səs verib.
Qeyd olunub ki, 55 milyon 833 min 153 seçici Prezident seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib, 1 milyon 37 min 104 səs isə etibarsız sayılıb.