
Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi CNN International-a açıqlama verən prezident Ərdoğan ikinci turda Sinan Oğanın həlledici olacağı ilə bağlı sualı cavablandırıb. “Mən bu şəkildə danışıqlar aparmağı sevən biri deyiləm”, – deyə Ərdoğan bildirib.
Suriyanın şimal-şərqindəki terror təşkilatına diqqət çəkən Ərdoğan, “Putinlə dostluğum sayəsində Suriyanın şimalında başda olmaqla terrorla mübarizəmizdə yaxın əməkdaşlıq və həmrəylik tələb edən bir qapı aça biləcəyimizi düşündük” dedi.