Uncategorized
Lavrov: Ceyhun Bayramovla görüş ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanıdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş prezidentlərin təmasları ərəfəsində ölkələrin ikitərəfli münasibətlərini müzakirə etmək imkanıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün protokol hissəsində deyib.
“Növbəti görüşümüzün keçirilməsinə şadıq, nəhayət ki, erməni həmkarımızla ötən ilin sonuna planlaşdırılan üçtərəfli görüşü keçiririk. Moskvada ikitərəfli münasibətlərimizin vəziyyətinə, xüsusən də liderlərimiz arasında yaranan təmasların gözləntisinə baxmaq üçün burada olmanız yaxşı fürsətdir”, deyə Lavrov vurğulayıb.