Uncategorized
Gürcüstan Rusiyanın daha bir aviaşirkətinə uçuş icazəsi verib

Gürcüstanın Mülki Aviasiya Agentliyi Rusiyanın “Red Wings” aviaşirkətinə uçuş icazəsi verib.
APA xəbər verir ki, bu barədə “Sputnik”in Gürcüstan bürosu məlumat yayıb.
Məlumatda deyilir ki, gələn ayın 2-dən etibarən aviaşirkət həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla, Soçidən Tbilisiyə və Moskvadan Kutaisiyə uçuşlara başlayacaq.