
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün “1919-cu il mayın 19-da Samsuna getdim” sözləri ilə təsvir etdiyi türk millətinin taleyini dəyişdirən ilk addımdan 104 il keçir.
30 oktyabr 1918-ci ildə imzalanan Mondros barışıq müqaviləsindən sonra İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya isə italyanlar tərəfindən işğal edildi. İngilis əsgərləri Urfa, Maraş, Antep, Merzifon və Samsuna eniş etdi və İngilis donanması 13 noyabr 1918-ci ildə İstanbulun qarşısında lövbər saldı. 1918-ci il noyabrın 3-də Yıldırım Ordular Qrup Komandanlığından İstanbula qayıdan Mustafa Kamal altı ay qaldığı İstanbulda qurtuluş planları qurdu.