Uncategorized
ABŞ və müttəfiqləri Ukraynanı F-16 qırıcıları ilə təmin etməyi planlaşdırır

ABŞ və müttəfiqləri Kiyevi F-16 qırıcıları ilə təmin etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “NBC” kanalı məlumat yayıb.
Adı açıqlanmayan ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi telekanala bildirib ki, döyüş təyyarələri ABŞ-dən Ukraynaya birbaşa göndərilə bilməz.
Rəsmi bildirib ki, yaxın aylarda ABŞ və müttəfiqləri qırıcıları nə vaxt, həmçinin nə qədər və kimlər tərəfindən təmin ediləcəyinə qərar verəcək.
Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ hələlik F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü ilə bağlı yeni detalları təqdim etməyə hazır deyil.